Xəbər lenti

Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur (VİDEO)
Video 21:00 10.05.2026

Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur (VİDEO)

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ulu Öndər Heydər Əliyevin doğum günü ilə bağlı paylaşım edilib.

Qaynarinfo xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür və bizim görüşümüzün məhz bu gündə keçirilməsi təbii ki, rəmzi məna daşıyır. Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik".
--> -->