Xəbər lenti

Pentaqon ABŞ-ın Ukraynaya “Patriot”ları İsrail vasitəsilə göndərdiyini təsdiqlədi - CNN
Dünya 15:07 29.01.2025

Pentaqon ABŞ-ın Ukraynaya “Patriot”ları İsrail vasitəsilə göndərdiyini təsdiqlədi - CNN

Ukrayna İsraildə saxlanılan Patriot hava hücumundan müdafiə sistemləri üçün təxminən 90 raket alıb. Bu təchizat ABŞ-ın vasitəçiliyi ilə həyata keçirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi CNN-ə bildirib.

İsrail bu sistemlərdən 30 ildən çox istifadə edib və yalnız apreldə onları istismardan çıxarıb. Raketlərin Ukraynaya verilməsi ilə bağlı müzakirələr ötən yay başlayıb. Həmin vaxt Bayden administrasiyası Kiyevə Rusiyanın hücumlarına qarşı əlavə hava hücumundan müdafiə vasitələri təmin etməyə çalışırdı.

Ukrayna Patriot raketlərinə ciddi ehtiyac duyur, çünki Rusiya mütəmadi olaraq raket və dron zərbələri endirərək onun hava hücumundan müdafiə sistemini sınağa çəkir.

Bununla belə, İsrailin Kiyevə hərbi yardımı məhdud qalır. Ölkənin rəhbərləri Kremlin sərt tənqidindən çəkinir, baş nazir Benyamin Netanyahu isə Rusiya rəhbəri Vladimir Putinlə münasibətlərdə balans saxlayır. Bu isə döyüş sursatlarının verilməsi ilə bağlı yekun qərarın qəbulunu çətinləşdirir.

Nəticədə Patriot raketləri əvvəlcə ABŞ-dan İsrailə, sonra isə Ukraynaya göndərilib.

Qeyd edək ki, İsrail Müdafiə Ordusu Patriot sistemini 2024-cü ilin aprelində istismardan çıxardığını elan edib. Bu sistem İsrail ordusuna 1991-ci ildə inteqrasiya olunub və ilk dəfə 2014-cü ildə HƏMAS-la müharibə zamanı döyüş şəraitində tətbiq edilib. Həmin vaxt Patriot Qəzzadan buraxılan düşmən pilotsuz uçuş aparatını vurmuşdu.

Bununla belə, Patriot İsrailin əsas hava hücumundan müdafiə sistemi sayılmır. Ümumilikdə İsrailin Patriot batareyaları 19 ədəd hədəfi vurub, onlardan doqquzu HƏMAS-la hazırkı münaqişə zamanı qeydə alınıb. Bunun əvəzinə, İsrail qısa mənzilli raketlərə qarşı "Dəmir qübbə”, orta mənzil üçün "Davidin sapandı”, uzaqmənzilli hücumlardan müdafiə üçün isə "Ox” sistemlərinə daha çox etibar edir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->