Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, ABŞ-la yeraltı sərvətlərlə bağlı imzalanacaq razılaşma daha əvvəl Avropa İttifaqı ilə əldə edilmiş razılaşmaları nəzərə alır.
Qaynarinfo xəbər verir ki, bu barədə Şmıqal çərşənbə günü tək telemarafonun efirində
danışıb.
O qeyd edib ki, ABŞ-la aparılan danışıqlar zamanı Ukrayna Avropa tərəfi ilə də məsləhətləşmələr aparıb.
Baş nazir xatırladıb ki, 2021-ci ildə Ukrayna ilə Aİ arasında kritik xammal sahəsində əməkdaşlığa dair memorandum imzalanıb və vurğulayıb ki, ABŞ Ukraynanın Avropa inteqrasiyasına verdiyi üstünlüyü tanıyır.
"Bu razılaşmada Avropa inteqrasiyası maraqlarımız və beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığımız nəzərə alınıb... Razılaşmanın hüquqi mətnində qeyd edilir ki, 'investisiya fondunun yaradılması haqqında saziş hazırlanarkən iştirakçılar – yəni ABŞ və Ukrayna hökumətləri – Ukraynanın Avropa İttifaqına üzvlüyü çərçivəsində götürdüyü öhdəliklərlə ziddiyyətlərdən qaçmalıdırlar", – deyə Şmıqal bildirib.
Baş nazir bir daha vurğulayıb ki, ABŞ-la əldə edilən razılaşmalar Aİ ilə yeraltı sərvətlərlə bağlı imzalanmış memorandumu nəzərə alır.
Şmıqal əlavə edib ki, Ukrayna hökuməti fevralın 26-da keçiriləcək iclasda ABŞ-la imzalanacaq yeraltı sərvətlər haqqında sazişin mətnini nəzərdən keçirəcək və nazirləri sənədi imzalamağa səlahiyyətləndirəcək.
Baş nazir həmçinin bildirib ki, ABŞ-la imzalanacaq saziş birbaşa təhlükəsizlik təminatları ilə əlaqəlidir.
"Ukrayna və ABŞ arasında Yeraltı Sərvətlər haqqında Sazişin" tam mətni "Avropa Pravda" saytında dərc olunub.
Alpər
Şərhlər