Xəbər lenti

Bu yollarda sürət həddi endirildi
Ölkə 21:08 26.02.2025

Bu yollarda sürət həddi endirildi

Sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə növbəti dəfə paytaxtın bəzi yollarında sürət həddi endirilib.


Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən hazırda  mövcud  hava şəraiti ilə əlaqədar Zığ dairəsi- Hava limanı yolunda bəzi zolaqlar üzrə ümumilikdə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə 20 km/saat endirilib. Bununla yanaşı, bütün tablolarda " buzlu yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.



   




Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->