Xəbər lenti

Bakının məşhur klinikasının vergi ilə başı dərddə - Bu dəfə 100 minlik borc
Ekonomiks 19:08 26.02.2025

Bakının məşhur klinikasının vergi ilə başı dərddə - Bu dəfə 100 minlik borc

"Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda borcu yaranıb.

MMC-nin bu gün üçün vergiyə olan borcu 100 min manata yaxındır.

Nizamnamə kapitalı 250 manat olan MMC-nin qanuni təmsilçisi Aqil Mirzəyevdir.

Qeyd edək ki, MMC bir neçə dəfə də vergi hesabatını vaxtında təqdim etmədiyinə görə maliyyə sanksiyası ilə üzləşib.

Bildirək ki, Bakının məşhur klinikalarından olan "Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi" 2016-cı ildən etibarən laborator, 2018-ci ildən isə poliklinik xidmətlər üzrə fəaliyyət göstərir.

MMC-nin Bakı şəhərində 16, bölgələrdə isə 14 filialı var. //Musavat.com

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->