Xəbər lenti

Ölkə 17:57 26.02.2025

"Expressbank" rəhbərliyi “Ana harayı” abidəsini ziyarət edib

Bəşəriyyətin tarixinə həkk olunmuş ən dəhşətli cinayətlərdən biri olan Xocalı Soyqırımının bu gün 33-cü ildönümüdür.

Bu münasibətlə "Expressbank" ASC-nin rəhbərliyi Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş "Ana harayı” abidəsini ziyarət edib, abidənin önünə "Expressbank" adından qızılgül əklili və qərənfillər qoyub. Abidə önündə faciə qurbanlarının xatirəsi hörmətlə yad edilib.

"Expressbank" fəaliyyətə başladığı gündən etibarən xalqımızın mənəvi dəyərlərinə, şanlı tarixinə xüsusi həssaslıqla yanaşır və bununla bağlı hər zaman əlamətdar tədbirlər həyata keçirir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->