Ağdamda məskunlaşma genişlənəcək - Böyük köç olacaq (VİDEO)
Bu il ərzində Ağdama 10 minə yaxın sakinin köçürülməsi nəzərdə tutulur.
Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, Füzuli şəhərinə də köç prosesi davam edir. Şəhərdə bir sıra layihələr icra edilir.
Emin Hüseynov həmçinin bildirib ki, Füzulinin Dövlətyarlı kəndinin layihəsi də icra olunmağa başlayıb, tikinti prosesinə start verilib. Yaxın vaxtlarda isə Pirəhmədli kəndinin tikintisinə başlanılacaq. İl ərzində Qaraxanbəyli kəndinin də layihəsi hazır olacaq.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər