Xəbər lenti

Rusiya və ABŞ İstanbulda səfirliklərin fəaliyyəti ilə bağlı danışıqlar aparacaq
Dünya 18:12 26.02.2025

Rusiya və ABŞ İstanbulda səfirliklərin fəaliyyəti ilə bağlı danışıqlar aparacaq

Moskva fevralın 27-də Türkiyənin İstanbul şəhərində ABŞ-la diplomatik nümayəndəliklərin fəaliyyəti barədə danışıqların keçiriləcəyini açıqlayıb.  

Qaynarinfo xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.  

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, fevralın 27-də Rusiya və ABŞ nümayəndə heyətləri "diplomatik missiyaların fəaliyyətinə maneələri aradan qaldırmaq" üçün yeni görüş keçirəcək.  

"Düşünürəm ki, görüşün nəticələrinə əsasən, nə qədər sürətli və effektiv irəliləyə biləcəyimiz bəlli olacaq", – deyə Lavrov vurğulayıb.  

Qeyd edək ki, fevralın 18-də Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndə heyətlərinin görüşü baş tutub. Rusiya tərəfindən Sergey Lavrov və Rusiya rəhbərliyinin köməkçisi Yuri Uşakov, ABŞ tərəfindən isə dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Mayk Uolts və Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndə Stiv Uitkoff iştirak ediblər.  

Görüşdən sonra ABŞ Dövlət Departamenti məlumat yayıb ki, tərəflər ikitərəfli münasibətlərdəki gərginliyi azaltmaq və Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlara hazırlıq prosesini davam etdirmək barədə razılığa gəliblər.  

Bundan əlavə, ABŞ prezidenti Donald Tramp Kremlin rəhbəri ilə tezliklə görüş keçirə biləcəyini bəyan edib.  

Kreml isə Tramp və Putinin fevral ayının sonunadək görüş keçirə biləcəyini istisna etməyib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->