Xəbər lenti

ABŞ-ın “Avropa həqiqəti”ni maliyyələşdirən NED fondu fəaliyyətini dondurdu
Dünya 22:44 26.02.2025

ABŞ-ın “Avropa həqiqəti”ni maliyyələşdirən NED fondu fəaliyyətini dondurdu

"Avropa həqiqəti”nin həmtəsisçisi, Demokratiyanın Dəstəklənməsi üzrə Milli Fond (NED) bütün dünyada tərəfdaşlara dəstəyini dayandırdığını açıqlayıb.  

Qaynarinfo "Avropa həqiqəti”nə istinadla xəbər verir ki, bu barədə fondun 25 fevralda yayımladığı bəyanatda bildirilir.  

Fond bildirib ki, hazırda ABŞ Konqresi tərəfindən ayrılan vəsaitlərə çıxışı yoxdur. Bu vəsaitlər fondun qrant və əməliyyat fəaliyyətinin demək olar ki, hamısını təmin edir.  

"Bu səbəbdən, NED 40 illik tarixində ilk dəfə olaraq öz öhdəliklərini yerinə yetirə bilmədi və dünya üzrə təxminən 2 000 tərəfdaşa dəstəyi dayandırmağa məcbur oldu”, – bəyanatda qeyd olunub.  

Fondun 95% maliyyələşməsi birbaşa Konqres tərəfindən ayrılır və xarici yardım hesab olunmur. Buna görə də, bu vəsaitlər ABŞ prezidentinin 90 günlük yenidən nəzərdən keçirmə qərarına əsasən dondurulan xarici yardıma aid edilmir.  

Lakin bu istisnaya baxmayaraq, NED-in bu vəsaitlərə çıxışı heç bir izah verilmədən dayandırılıb. Bu, fondu bütün tərəfdaşlara dəstəyi dayandırmağa və əməkdaşlarının böyük hissəsini işdən çıxarmağa məcbur edib.  

NED-in maliyyəsi "Avropa həqiqəti”nin büdcəsinin yarısından çoxunu təşkil edir. Fond daha əvvəl ukraynalı tərəfdaşlarını bu problemlər barədə xəbərdar edib və indi bu vəziyyət ictimaiyyətə açıqlanıb.  

Bununla belə, fond layihələrin fəaliyyətini davam etdirməsini qadağan etmir. "Avropa həqiqəti” oxucuların ianələri və digər donorların dəstəyi sayəsində işini davam etdirməyə yönəlib.  

Xatırladaq ki, 25 yanvarda ABŞ bütün qeyri-hərbi beynəlxalq yardımları 90 gün müddətinə dayandırıb. Bununla əlaqədar olaraq, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşları 7 fevral cümə günündən etibarən inzibati məzuniyyətə göndərilib.  

25 fevralda isə federal hakim Tramp administrasiyasına xarici yardımın dayandırılmasına müvəqqəti qadağa qoyulması ilə bağlı qərarı icra etməyi əmr edib və Dövlət Departamentinə 13 fevral tarixinədək görülmüş işlər üzrə bütün ödənişləri çərşənbə axşamına qədər icra etməsi üçün vaxt verib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->