Xəbər lenti

Maskın təşkilatına məxfi məlumatlara giriş icazəsi vermədi, istefaya getdi
Dünya 16:55 18.02.2025

Maskın təşkilatına məxfi məlumatlara giriş icazəsi vermədi, istefaya getdi

ABŞ Sosial Təminat Administrasiyasının (SSA) komissarı vəzifəsini icra edən Mişel Kinq milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) həssas hökumət məlumatlarına giriş icazəsi verməkdən imtina etdikdən sonra istefa verib.

Qaynarinfo xəbər verir ki, bu barədə mənbələrə istinadən "NBC News" kanalı məlumat yayıb.

"O, şöbəni tərk etməyə məcbur deyildi, bu, öz seçimi oldu. Ağ Evin seçimi ona rəhbərlik etməyə davam etməsinə imkan verməmək idid", deyə Amerikanın Sosial Müdafiə İşləri qrupunun prezidenti Nensi Altman telekanala bildirib.

Altman DOGE-nin tələbinin amerikalıların bank rekvizitləri, Sosial Müdafiə nömrələri, gəlir məlumatları, ailə vəziyyəti, doğum tarixi və əlillik müavinətləri almaq üçün lazım olan tibbi qeydlər də daxil olmaqla həssas məlumatlara çıxış üçün olduğunu bildirib. Vəkillik qrupunun prezidenti qeyd edib ki, ABŞ vətəndaşları bu məlumatları vergi bəyannamələri və işəgötürənlərinin gəlir hesabatları vasitəsilə hökumətə təqdim ediblər.

ABŞ prezidenti Donald Trampın Kinqin yerinə SSA-nın fırıldaqçılıqla mübarizə şöbəsinin rəhbəri Leland Dudeki komissar səlahiyyətlərini icra edən təyin etdiyi vurğulanır.

Fevralın 14-də DOGE-nin ABŞ Əmək Departamentinin məlumat ötürmə proqramına çıxış əldə etdiyi bildirilib. Söhbət PuTTY proqram təminatından gedir. Həmçinin qeyd edilir ki, bir sıra həmkarlar ittifaqlarının məhkəmə çəkişmələri səbəbindən DOGE-nin bu proqram təminatına çıxışı ən azı müvəqqəti olaraq dayandırılıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->