Xəbər lenti

ABŞ iki yerə bölündü: Aya getmək, yoxsa birbaşa Marsa yönəlmək?
Dünya 22:11 20.02.2025

ABŞ iki yerə bölündü: Aya getmək, yoxsa birbaşa Marsa yönəlmək?

ABŞ-da bütün dünyanın maraqla izlədiyi yeni bir müzakirə başlayıb. Tezliklə, "öncə Aya getməliyik, yoxsa birbaşa Marsa yönəlməliyik?" sualı ətrafında gərgin mübahisələrin yaranacağı gözlənilir.

Qaynarinfo xəbər verir ki, 1960-cı illərdə olduqca primitiv kompüter texnologiyası ilə insanları Aya göndərən NASA, aradan 60 il keçməsinə baxmayaraq eyni missiyanı təkrarlaya bilmir. Rəsmi açıqlamalara görə, bunun əsas səbəbi "Ay eniş texnologiyasının unudulması" ilə bağlıdır.

Keçmiş ABŞ administrasiyası, Artemis 2 proqramı çərçivəsində Aya insan göndərməyi planlaşdırsa da, yeni prezident Donald Tramp və "SpaceX" şirkətinin rəhbəri İlon Mask bunun əvəzinə Marsa yönəlməyə üstünlük verir.

İlon Mask Marsda insan koloniyaları qurmaq ideyasını israrla dəstəkləyir və bununla bağlı konsept videolar paylaşır. Lakin Trampın NASA rəhbəri vəzifəsinə təyin etdiyi milyarder Cared Ayzekman hələ Mars planlarını rəsmi şəkildə təsdiqləməyib. Bu səbəbdən NASA-nın hazırkı proqramında heç bir dəyişiklik edilməyib və Aya eniş planları qüvvədə qalır.

Məsələ artıq ABŞ Konqresində də müzakirə obyektinə çevrilib. Nümayəndələr Palatasının kosmos üzrə alt komitəsinin yeni sədri Mayk Haridopolos əvvəlcə Aya, sonra isə Marsa getməyi dəstəklədiyini bildirib.

Bu arada NASA Aya eniş planlarını sürətlə həyata keçirməyə davam edir. Gələn il "SpaceX" tərəfindən Aya göndəriləcək kosmik gəmi, astronavtları Ay orbitində dövr etdirdikdən sonra yenidən Yerə qaytaracaq. Daha sonrakı mərhələdə isə astronavtların Aya enişi və hətta orada qalıcı bir baza qurulması nəzərdə tutulur.

Aya enəcək ilk "Starship" kosmik gəmisi çoxmərtəbəli bina ölçüsündə olacaq və Ay səthində ilk insan məskəni rolunu oynayacaq. Sonrakı insansız uçuşlarda isə Aya ərzaq və inşaat materialları göndəriləcək. Bu, Ayda illərlə davam edəcək genişmiqyaslı inşaat layihəsinin başlanğıcı deməkdir və nəticədə Maskın əsas məqsədi olan Mars missiyasının ən azı on il gecikməsinə səbəb ola bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->