Aktrisa Şeron Stoun bildirib ki, ikinci insultun qarşısını almaq üçün gündə 8 saat fasiləsiz yatmalıdır.
Qaynarinfo bu barədə "Fox News"
istinadən xəbər verir.
Sənətçi etiraf edib ki, yuxu onun qəbul etdiyi həblərə kömək edir. "Uzun müddət elə etdim ki, mənimlə hər şey yaxşı olsun. Amma baş verənlərdən sonra mən əlil oldum və buna görə çox vaxt işə gedə bilmirəm", deyə Əsas instinkt” ulduzu qeyd edib.
Aktrisanın sözlərinə görə, o, 22 ildir bu həyat tərzini yaşayır. İndi artıq o, hər şeyə öyrəşib və bu barədə danışmaqdan çəkinmir.
Stoun 2001-ci ildə insult keçirdiyini xatırladıb. Sənətçinin sözlərinə görə, onun sağ qalma şansı 1 faiz olub və 7 il müalicə alıb.
"Və müqaviləm dəyişdi. İndi gündə maksimum 14 saat işləyə bilirəm. Ona görə də 20 ildir işləmirəm”, deyə aktrisa bildirib.
Aydın
Şərhlər