Xəbər lenti

Kino tarixini dəyişdirən görüş: Spilberqin kult filminin adı necə dəyişdi?
Sənət 08:15 27.05.2026

Kino tarixini dəyişdirən görüş: Spilberqin kult filminin adı necə dəyişdi?

Elmi fantastika kinonun istiqamətini dəyişən filmlərin arxasında adətən uzun istehsal çətinlikləri və gözlənilməz hüquqi proseslər dayanır. 

Qaynarinfo xəbər verir ki, Stiven Spilberqin kinematoqrafik klassikası olan "Üçüncü Növün Yaxın Görüşləri" (Close Encounters Of The Third Kind) filmi  buraxılışından bəri janrı formalaşdıran ən vacib əsərlərdən biri hesab olunur.

Lakin filmin bütün dünyada tanınmasını təmin edən ikonik adı əvvəlcə planlaşdırılan başlıq deyildi. Spielberq ssenarinin ilk mərhələlərində hekayəni fərqli bir fəlsəfi xətt üzərində qurmuşdu və 1950-ci illərin qara-ağ elmi fantastika estetikasına istinad etmək istəyirdi.

İlk başlıq "Göy üzünü izləyin” ("Watch the Skies”) idi. Bu ad kosmosdan gələ biləcək təhlükələrə işarə edən xəbərdarlıq xarakteri daşıyırdı. Lakin hüquqi maneələr layihənin istiqamətini dəyişdirdi.

Astronom və ufoloq Dr. J. Allen Hinek "The UNO Experience” adlı kitabında UNO qarşılaşmalarını elmi şəkildə təsnif edən bir sistem hazırlamışdı. Onun vəkilləri bu təsnifat sisteminin hüquqları ilə bağlı "Columbia Pictures” ilə əlaqə saxladı. Danışıqlardan sonra studiya bu elmi kateqoriyalaşdırma sisteminin hüquqlarını əldə etdi və Hynek filmin texniki məsləhətçisi kimi layihəyə qoşuldu.

Bu dəyişiklik nəticəsində film yalnız ad baxımından deyil, konsept baxımından da yeni bir istiqamət aldı.

Əvvəlki başlıq izləyicidə qorxu və işğal narahatlığı yarada bilərdi. Halbuki Spielberg-in vizyonu insanlığı təhdid edən varlıqlardan daha çox, anlaşılmalı və ünsiyyət qurulmalı kosmik varlıqlar ideyasına əsaslanırdı. Bu yanaşma daha sonra onun "E.T.” filmində də görünəcəkdi.

Yeni ad hekayəni qorxu çərçivəsindən çıxararaq elmi və fəlsəfi bir məna qazandırdı. "Üçüncü Növün Yaxın Görüşləri” ifadəsi kainatdakı canlılarla birbaşa təmas anını simvolizə edirdi.

Film 1980-ci ildə əlavə səhnələrlə yenidən nümayiş olunduqda da bu ad qorundu və Spielberqin karyerasında elmi fantastika janrını müəyyən edən əsas terminlərdən birinə çevrildi.

Aydın
--> -->