Xəbər lenti

İnanılmaz dələduzluq: Kosmosda hücuma məruz qaldığını dedi, 1 milyon aldı
Dünya 20:12 04.09.2025

İnanılmaz dələduzluq: Kosmosda hücuma məruz qaldığını dedi, 1 milyon aldı

Yaponiyada 80 yaşlı qadın onlayn tanış olduğu və özünü kosmonavt kimi qələmə verən dələduza inanaraq ona pul göndərib. 

Qaynarinfo xəbər verir ki, "Sky News"un məlumatına görə, qadın təxminən 7 min dollar (təqribən 1 milyon yen) itirib.

Şübhəli şəxs qadına əvvəlcə kosmonavt olduğunu bildirib, daha sonra isə kosmosda gəmidə qaldığını, hücuma məruz qaldığını və oksigen almaq üçün pula ehtiyacı olduğunu deyib.

Hokkaydoda yaşayan və tək qalan qadın dələduzun hekayəsinə inanaraq ona vəsait köçürüb.

Hokkaydo polisinin məlumatına görə, bu hadisə romantik fırıldaqçılıq sxeminin bir hissəsidir. Dələduzlar insanların sevgi axtarışından sui-istifadə edərək onlardan pul qoparmağa çalışırlar. Polis internet vasitəsilə tanış olduğunuz şəxslərin pul istəməsi halında ehtiyatlı olmağı tövsiyə edib.

Dünyada digər dələduzluq halları

ABŞ-da bir nəfər süni intellektin köməyi ilə senator Marko Rubio kimi danışaraq məmurlarla əlaqə saxlayıb. O, siyasətçinin səsini və yazı tərzini təqlid edərək səsli və mətn mesajları göndərib.

Bundan başqa, sosial şəbəkələrdə də fırıldaqçılıq halları müşahidə olunur. "Facebook" səhifələrinin ələ keçirilməsindən sonra istifadəçilərə guya qaydaların pozulması barədə saxta məktublar göndərilir. Bu məktublarda hesabların bloklanacağı barədə xəbərdarlıq edilir və istifadəçilərə "yoxlama” üçün linkə keçid təklif olunur. Əslində isə həmin linklər saxta saytlara aparır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->