Ötən ay Azərbaycandan xaricə 3,6 ton qurbağa ayağı ixrac olunub.
Avqustda Amerika Birləşmiş Ştatlarına 4.320.000 ədəd və Birləşmiş Ərəb Əmirliklərinə 1.158.460 ədəd ərzaqlıq yumurta, Avstraliya, Albaniya və Kanadaya 42 kq balıq kürüsü, İsrailə isə 18 ton dondurma ixrac edilib. Siyahıda qurbağa əti də var. Avqust ayında İtaliya və Fransaya 3,6 ton qurbağa ayağı ixrac olunub.
Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Əkbər Əliyev deyir ki, bu il, həmçinin 20 tona yaxın qurbağa əti məhsulu Avropa İttifaqı ölkələrinə ixrac olunub.
Hazırda cənub bölgəsində fəaliyyət göstərən 2 şirkət qurbağa əti məhsullarının xaricə ixracını həyata keçirir.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Şərhlər