Sankt-Peterburq Beynəlxalq Xammal və Əmtəə Birjasında 4 sentyabrda Aİ-92 markalı avtomobil benzininin və yay dizel yanacağının topdansatış partiyalarının qiymətləri ötən həftədən bəri davam edən artımı sürdürüb, Aİ-95 isə bir həftəlik bahalaşmadan sonra ucuzlaşıb.
Qaynarinfo xəbər verir ki, məlumata görə, Rusiyada Aİ-92 markalı benzinin topdansatış partiyalarının orta qiyməti ötən günlə müqayisədə 521 rubl (+0,73%) artaraq tonuna 72.219 rubla çatıb. Həftə ərzində isə bu markalı benzin 4.283 rubl (+6,3%) bahalaşıb.
Aİ-95 markalı benzin isə 4 sentyabr hərraclarının yekununa görə, orta hesabla 759 rubl (-0,93%) ucuzlaşaraq tonuna 81.032 rubla enib. Bununla belə, əvvəlki beş ticarət günündə Aİ-95-in qiyməti 4.382 rubl (+5,7%) artmışdı.
Yay dizel yanacağının orta qiyməti 4 sentyabr ticarətlərində 310 rubl (+0,49%) bahalaşaraq tonuna 63.001 rubla çatıb. Bu, aprelin əvvəlindən bəri qeydə alınan maksimum göstəricidir.
Qiymətlərin artmasına daxili bazarda təklifin yetərsizliyi səbəb olub. Bu artım avqust ayı üzrə neft emalı zavodlarını kompensasiyaedici subsidiyadan da məhrum edib.
Alpər
Şərhlər