Yeni tədqiqat göstərib ki, ozon təbəqəsinin bərpası planetdə əlavə istiləşməyə səbəb olur.
Qaynarinfo xəbər verir ki, "The Guardian"ın məlumatına görə, alimlər müəyyən ediblər ki, ozon Yer kürəsini əvvəlki proqnozlardan 40 faiz güclü qızdırır.
Redinq Universitetindən Bill Kollinz və onun həmkarları 2015–2050-ci illər ərzində ozon təbəqəsindəki dəyişikliklərlə bağlı istiləşməni proqnozlaşdırmaq üçün kompüter modeli istifadə ediblər.
Alimlərin hesablamalarına görə, ozon təbəqəsinin bərpası bütün səylərə baxmayaraq, istiləşməni daha da artıracaq və 2050-ci ilə qədər ozon karbon qazından sonra ikinci ən güclü istiləşmə faktoru olacaq.
Tədqiqatçılar vurğulayıblar ki, ozon təbəqəsinin bərpası yenə də düzgün qərardır və sağlamlıq üçün həyati əhəmiyyət daşıyır, çünki bu təbəqə insanları, heyvanları və bitkiləri zərərli ultrabənövşəyi şüalardan qoruyur. Onların sözlərinə görə, əlavə istiləşmənin müəyyən hissəsini hava çirkliliyinin azaldılması ilə zəiflətmək mümkündür. Bununla belə, qlobal iqlim siyasəti artıq qaçılmaz hesab olunan bu əlavə təsiri nəzərə almalıdır.
Aydın
Şərhlər