İnsanları çoxdan maraqlandıran suallardan biri də hansı heyvanın ən uzun, hansının isə ən qısa ömür sürdüyüdür.
Qaynarinfo xəbər verir ki, "Discover wildlife" bu mövzu ilə bağlı heyvanların ömür uzunluğuna görə siyahı hazırlayıb.
Ən qısa ömürlü heyvanlar
Laska - sadəcə 1–2 il yaşayır. Onlar qısa ömürlərini çoxsaylı nəsil artırmaqla kompensasiya edirlər: bir dəfə 13 bala, ildə isə üç dəfə bala verə bilirlər.
Kirpi – təxminən 3 il yaşayır. İlk ildə yarısı tələf olur, az bir hissəsi isə 3 ilə qədər sağ qalır.
Orta ömürlü heyvanlar
Rosomaxa – 12 ilə qədər yaşayır. Balaları iki ilə qədər ana ilə qalır.
Tiqr – orta hesabla 14 il ömür sürür, amma balalarının yarısı bir yaşına çatmadan ölür.
Boz ayı – təxminən 25 il yaşayır və təbii şəraitdə çox az düşməni var.
Tapir – 30 il yaşayır. Onlara iri yırtıcılar nadir hallarda hücum edir.
Qərbi gorilla – təbiətdə 35 ilə qədər yaşayır. Yavaş çoxalma tempi və insan fəaliyyəti onların populyasiyasını azaldır.
Brant yarasası – 41 ilə qədər yaşaya bilir. Ölçüsünə görə uzun ömürlü heyvan sayılır.
Fil – 56 il yaşayır. Yaşlı dişi fillər balaların qayğısına qalaraq nəsil üçün faydalı olurlar.
Ən uzun ömürlü canlılar
İnsan – orta hesabla 80 il ömür sürür və uzunömürlü quru məməliləri arasında ön sıradadır.
Qrenlandiya balinası – heyvanlar arasında rekordçudur. Onun ömrü 200 ildən çox ola bilir.
"Discover wildlife" qeyd edir ki, heyvanların ömür uzunluğu yalnız bioloji xüsusiyyətlərdən deyil, həm də mühitin təsirindən, insan fəaliyyəti və təhlükələrdən asılıdır.
Aydın
Şərhlər