Gədəbəy Rayon İcra Hakimiyyəti "ABC-Telecom” MMC ilə satınalma müqaviləsi bağlayıb.
Qaynarinfo xəbər verir ki, qurum "ABC-Telecom” MMC-dən bir sıra mallar alacaq və buna görə şirkətə 1990, 01 manat ödəyəcək. Alınacaq malların nədən ibarət olduğu məlum deyil. Satınalma proseduru bir mənbə üsulu ilə keçirilib.
"ABC-Telecom” MMC 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 manatdır. Şirkətin qanuni təmsilçisi İsrafilzadə Həsən Fazil oğludur.
Həsən İsrafilzadə həm də "Nova Credit” Bank Olmayan Kredit Təşkilatının (BOKT) qanuni təmsilçisidir.
"ABC-Telecom” MMC mobil telefon və elektrnika məhsullarının satışını həyata keçirən "Konkatk Home” mağazalar şəbəkəsinin sahibidir. MMC-nin sahibi kimi isə keçmiş deputat Elnur Allahverdiyevin adı çəkilir. Elnur Allahverdiyev 2020-ci ilədək MMC-nin qanuni təmsilçisi olub. Həmin il deputat seçilib və bundan sonra şirkətin qanuni təmsilçisi dəyişib.
Elnur Allahverdiyevin deputatlıq karyerası 2024-cü ildə başa çatıb. O, həmin il keçirilən parlament seçkilərinə qatılmayıb.
Seyid
Şərhlər