Yunanıstan sahilində 5 maqnitudalı zəlzələ qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzə görə, yeraltı təkanlar yerli vaxtla saat 06:46-da (Bakı vaxtı ilə 08:46) təxminən 137 min nəfərin yaşadığı İraklion şəhərindən (Krit adası) 152 km şimal-şərqdə qeydə alınıb. Təbiət hadisəsinin ocağı 2 km dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, fevralın əvvəlindən Egey dənizində seysmik aktivliyin əhəmiyyətli dərəcədə artması müşahidə olunur. Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) əvvəl bildirmişdi ki, 7 fevral 2025-ci ilə qədər regionda 3-dən yuxarı maqnitudalı 761 zəlzələ qeydə alınıb.
Şərhlər