Xəbər lenti

Azərbaycan derbisi:
İdman 20:58 16.02.2025

Azərbaycan derbisi: "Qarabağ" azlıqda qaldığı oyunda "Neftçi"ni uddu

Misli Premyer Liqasının XXIII turundakı "Neftçi" - "Qarabağ" oyunu başa çatıb.

Qaynarinfo-nun məlumatına görə, "Neftçi Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

88-ci dəqiqədə Marko Yankoviç penaltini dəqiq yerinə yetirib.

"Qarabağ"ın heyətində Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Ağdam təmsilçisi hazırda 56 xalla liderdir. "Ağ-qaralar" 24 xalla 6-cı pillədə qərarlaşıb.

Günün ilk matçında "Turan Tovuz" evdə "Araz-Naxçıvan"dan üstün olub - 1:0.

Ötən gün "Zirə" səfərdə "Sumqayıt"ı üç cavabsız qolla məğlub edib. Tura fevralın 17-də yekun vurulacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->