Azov dənizdində azərbaycanlıların olduğu gəmi batır.
Qaynarinfo-nun məlumatına görə, içərisində 11 nəfərin olduğu, Panama bayraqlı "PAVEL GRABOVSKIY” gəmisi Azov dənizində buz parçaları ilə toqquşması nəticəsində ciddi zərər görüb.
Gəmi bir neçə istiqamətdə deşilib. Hazırda gəmi batmaq üzrədir.
1979-cu ildə istismara verilən gəminin kapitanı və bir neçə şəxsi heyət üzvü azərbaycanlılardır.
"Vizo Star” adlı şirkətə məxsus olan gəmidə müməmmalı səbəblərdən SOS siqanalı verilmədiyi deyilir.
İddia olunur ki, şirkət gəminin tam batmasını gözləyir. Məqsədləri sığorta pulunu əldə etməkdir.
Aydın
Şərhlər