Xəbər lenti

“İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılacaq (SƏRƏNCAM)
Ölkə 12:12 20.02.2025

“İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılacaq (SƏRƏNCAM)

Ağdam şəhərində "İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılacaq.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti "İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin və Muzey Kompleksinə daxil ediləcək digər dövlət əmlakının Azərbaycan Mədəniyyət Nazirliyinin balansına verilməsi ilə bağlı zəruri tədbirlər görməli, Muzey Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsinin Azərbaycanın dövlət büdcəsində Azərbaycanın Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini təmin etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->