Xəbər lenti

Millizin üzvü Qazaxıstanla oyunun ən yaxşı futbolçusu seçildi
İdman 19:35 19.02.2025

Millizin üzvü Qazaxıstanla oyunun ən yaxşı futbolçusu seçildi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tunar Muradov Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kuboku turnirində Qazaxıstan yığması ilə keçirilən görüşün ən yaxşı oyunçusu seçilib.


Qaynarinfo xəbər verir ki, millinin 2:1 hesabı ilə qalib gəldiyi matçdan sonra Muradova təşkilatçılar tərəfindən qol saatı hədiyyə olunub.


Qeyd edək ki, qrup mərhələsinin II turunda İran seçməsinə qarşı matçın (1:0) ən yaxşı futbolçusu millinin qapıçısı Elbrus Kərimov seçilmişdi.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->