Xəbər lenti

Gürcüstan DTX antiterror əməliyyatı keçirdi  - İki nəfər saxlanıldı (FOTO)
Dünya 12:41 20.02.2025

Gürcüstan DTX antiterror əməliyyatı keçirdi - İki nəfər saxlanıldı (FOTO)

Gürcüstanda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) antiterror əməlliyyatı nəticəsində iki Gürcüstan vətəndaşı saxlanılıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı DTX yayıb.

Bildirilib ki, saxlanılanların evinə baxış zamanı döyüş sursatı, müxtəlif növ elektron cihazlar, pul və digər mühüm əşyalar da daxil olmaqla, istintaq üçün mühüm əhəmiyyət kəsb edən sübutlar müsadirə edilib. DTX-nın bəyanatında qeyd edilib ki, saxlanılan şəxslərinə baxış zamanı onların beynəlxalq terror təşkilatı ilə mümkün əlaqələrini təsdiqləyən müxtəlif sübutlar da götürülüb.

Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin terror təşkilatına qoşulma və terror fəaliyyətlərinə yardım etməni nəzərdə tutan maddəsi ilə istintaq aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->