Xəbər lenti

Bağlanan “Nuxa” “qumar kralı”nın imiş...
Ölkə 14:05 20.02.2025

Bağlanan “Nuxa” “qumar kralı”nın imiş...

Bakının Yasamal rayonunda yerləşən "Nuxa” restoranın fəaliyyəti dayandırılıb. 

"Qafqazinfo”nun məlumatına görə, restoranın sahibi hazırda həbsdə olan və "qumar kralı” kimi tanınan Yusif Baqiyev (Şəkili) olub.

Qeyd edək ki, Yusiq Baqiyev Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) və 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->