Xəbər lenti

Ronaldinyo Messini tarixin ən yaxşı futbolçusu adlandırmaqdan imtina etdi
İdman 14:58 17.02.2025

Ronaldinyo Messini tarixin ən yaxşı futbolçusu adlandırmaqdan imtina etdi

Braziliyalı hücumçu Ronaldinyo bloger RikReddy ilə söhbətində Lionel Messini tarixin ən yaxşı futbolçusu adlandırmaqdan imtina edib.

Qaynarinfo xəbər verir ki, argentinalı ilə 2003-2008-ci illərdə "Barselona"da çıxış edən futbolçu həmyerlisi Peleni tarixin ən yaxşı futbolçusu adlandırıb.

"Pele, yoxsa Messi? Pele! Pele, yoxsa Ronaldinyo? Pele!", deyə Ronaldinyo bildirib.

Ronaldinyo 2002-ci ildə Braziliya millisinin tərkibində dünya çempionu olub. 2004 və 2005-ci illərdə Beynəlxalq Futbol Federasiyası (FİFA) tərəfindən dünyanın ən yaxşı futbolçusu kimi tanınıb. 2005-ci ildə braziliyalı "Qızıl top"u qazanıb. Müxtəlif vaxtlarda "Qremio", "Flamenqo", "Atletiko Mineyro", "Fluminense", PSJ, "Milan" və "Barselona"da çıxış edib. Ronaldinyo 2018-ci ildə təqaüdə çıxıb.

Samir

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->