Yas mərasimi keçirtmək əvəzinə abadlıq işləri görürlər (VİDEO)
Yas mərasimlərində dəbdəbəli süfrələr, israf hesab olunan ehsan, dəbədəli məzar daşı və.s kimi məsələlər artıq yığışdırılıb.
Tovuz rayonunun Əyyublu kəndində kənd rəhbərliyi, ağsaqqallar şurası və bütün kənd sakinləri qərara gəlib ki, yası düşən kənd sakini mütləqdir ki, ümumi ehsan üçün bir iş görsün.
13 minə yaxın əhalisi olan kənddə artıq bu məqsədlə işlərə başlanılıb. Keçilməsi çətin olan küçələrin yol yatağı təmir edilir, yollar kol-kosdan təmizlənir, küçələr işıqlandırılır. Görülən işlərin maliyyə tərəfini yas sahibi qarşılasa da kənd əhalisi iş qüvvəsini təmənnasız həyata keçirirlər.
Kənd bələdiyyəsindən də bildirildi ki, işlər artıq ənənə halını alıb.
Artıq, Əyyublu kəndində başladılan bu təşəbbüs qonşu kəndlərdə də dəstəklənib və onlar da yas mərasimlərindəki israfçılığı xeyriyyə işləri ilə əvəzləməyə başlayıblar.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər