Xəbər lenti

Lombarda ödənişləri etsə də qızılını geri ala bilmir (VİDEO)
Video 23:55 21.05.2026

Lombarda ödənişləri etsə də qızılını geri ala bilmir (VİDEO)

Qızıl girov qoyaraq kredit götürüb və ödənişlərini vaxtında tamamlasa da, artıq 2 ildir nə qızılını geri ala bilir, nə də qızılının pulunu.

Bərdə rayonu Qaradağlı kəndində yaşayan Vidadi Nəcəfquliyev deyir ki, torpaq alıb ev tikdirmək üçün ailəsinin qızıllarını lombarda qoyaraq kredit götürüb.O, aylıq ödənişlərini tam ödədiyini desə də, artıq iki ildir qızıllarını geri ala bilmədiyini iddia edir.

 Şikayətçinin sözlərinə görə, kredit təşkilatının nümayəndəsi Büllurə Əlizadə ilə dəfələrlə əlaqə saxlamağa çalışsalar da, müxtəlif bəhanələrlə qarşılaşıblar. Ailə iddia edir ki, telefon zənglərinə cavab verilməsə də, ƏhatsApp vasitəsilə göndərilən mesajlarda qızılların tezliklə qaytarılacağı bildirilib.

 Vidadi Nəcəfquliyevin oğlu Baloğlan Nəcəfquluzadənin sözlərinə görə, lombarda məsul heçbirşəxslə əlaqə saxlaya bilmirlər.

 Hazırda qızılların girov qoyulduğu lombardın fəaliyyətini dayandırdığı bildirilir. Şikayətdə adı çəkilən şəxslərlə isə əlaqə saxlamaq mümkün olmadı. Zərərçəkənlər məsələ ilə bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini deyirlər.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.
--> -->