Xəbər lenti

Tarif Şurasından bu səlahiyyət alınmalıdır - İqtisadçı
Ölkə 15:25 04.10.2025

Tarif Şurasından bu səlahiyyət alınmalıdır - İqtisadçı

Oktyabrın 3-dən etibarən Azərbaycanda əhalinin ən çox istifadə etdiyi dərmanların qiyməti qalxıb. Bu barədə Tarif Şurasının qərarında qeyd edilib. 

İclasda yeni dövlət qeydiyyatına alınan 187 dərman vasitəsinin qiyməti qaldırılıb, 6 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və 45 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.

Tibbi ekspert Rəşid Mahmudov Qaynarinfo-ya açıqlamasında bunun səbəbini Azərbaycanda dərman istehsal olunmaması ilə əlaqələndirib:

"Mən həkiməm, dərman qiymətini azaldıb-artırmıram. Azərbaycanda dərman istehsal olunmur. Niyə əziyyət çəkək, kənardan dərman alırıq. Dərmanı hazırlamaq çətindir. Yalan danışan deyiləm, əziyyət verməyin mənə".

İqtisadçı Natiq Cəfərli Tarif Şurasının bu qiymət tənzimləməsini kökündən yanlış olduğunu deyib:

"Tarif Şurasından bu səlahiyyət alınmalıdır. Molekullara və istehsalçı ölkələrə görə tənzimləmə mexanizmi ölkədə dərmanın keyfiyyətini aşağı saldı, qiymətləri isə artırdı. Bu, artıq illərdir davam edir. Bu yanlış praktikadan imtina olunmalıdır, rəqabətli mühit yaradılmalıdır. Dövlət ancaq keyfiyyətə nəzarət etməlidir".

Natiq Cəfərli ölkədə dərman satışının təşkili ilə bağlı onlarla şirkət yaranmasının vacibliyini vurğulayıb:

"Nə qədər ki, Tarif Şurasından öncə ölkədə vəziyyət belə idi, ölkədə 200-dən çox dərman şirkəti fəaliyyət göstərirdi. Onlar həm də rəqabətli mühit şəraitində fəaliyyət göstərirdi. İndi onların sayı çox azalıb. Onlarla şirkət bağlanıb və sıradan çıxarılıb. Çünki ölkədə dərman bazarında bir neçə iri şirkət dominantlıq edir. Bu da Tarif Şurasının siyasətinin nəticəsidir". 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->