Xəbər lenti

Skumbriya uçurumun kənarında: Həddindən artıq ovdan əziyyət çəkən balıq
Dünya 23:57 09.04.2025

Skumbriya uçurumun kənarında: Həddindən artıq ovdan əziyyət çəkən balıq

Skumbriya ehtiyatları kritik səviyyəyə yaxınlaşır. Bu balıq satıcılar arasında böyük populyarlıq qazandığı üçün həddindən artıq ovlanmaqdan ziyan çəkir.

Qaynarinfo "The Guardian" qəzetinə istinadən xəbər verir ki, Dəniz Mühiti Mühafizə Cəmiyyətinin fikrincə, insanlar daha çox şprot (sardalya) balığına üstünlük verməlidirlər, çünki skumbriya Norveç və Böyük Britaniya kimi ölkələrdə həddindən artıq ovlanmaqdan əziyyət çəkir. Belə ki, şimal-şərq Atlantikdə bir zamanlar bol miqdarda olan və davamlı növ hesab edilən bu balıq, son dörd il ərzində orta hesabla 23% həddindən artıq ovlanıb.

"Dəniz məhsullarının bir zamanlar ekoloji cəhətdən təmiz seçim hesab edilən bu növünün belə bir enişə qədər getməsini görmək narahatedicidir. Skumbriya müxtəlif ölkələrdə balıqçılıq təzyiqi altındadır və tezliklə ehtiyatları tükənəcək. Biz davamlı şəkildə sayının azaldığını müşahidə edirik və bu, kritik anın yaxınlaşdığını göstərir. Böyük Britaniya hökuməti digər ölkələrlə birlikdə balıq ovu limitlərini elmi tövsiyələrə uyğun şəkildə tənzimləmək üçün təcili addımlar atmalıdır", deyə Dəniz Mühiti Mühafizə Cəmiyyətinin nümayəndəsi Elis Mur bildirib.

Norveç, İslandiya, Farer adaları və Böyük Britaniya tərəfindən ovlanan skumbriya hələ də həddindən artıq ovlanma təhlükəsi ilə üzləşir. 2009-cu ildən bəri ümumi ov limitləri alimlər tərəfindən tövsiyə edilən həcmlərdən 5% ilə 80% arasında artıq olub.

Xeyriyyə təşkilatının sözlərinə görə, Şimal dənizindən və La-Manşın şərq hissəsindən olan şprot (sardalya) və Kornuold sardinaları skumbriya qarşı daha davamlı alternativ hesab olunur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->