Britaniyalı antropoloq doktor Pol Vorner səs-küylü iddia ilə çıxış edərək bildirib ki, o, Misirdə yerləşən məşhur Böyük Giza piramidasının (Xeops) altında İsa Məsihin qəbrini və Əhd sandığını (Kövşeyi-Əhd) aşkar edib.
Qaynarinfo bu barədə "The Sun" nəşrinə istinadən xəbər verir.
Vorner iddia edir ki, bu müqəddəs xristian relikviyaları - yəni İsanın məzarı və Əhd sandığı - ehramın altındakı gizli ikiqat mağarada yerləşir və böyük bir daş blokla möhürlənib. Həmin sandıq Tövratda qeyd edilən, Musa peyğəmbərə Allah tərəfindən verilmiş On Əmrin saxlandığı qızıl örtüklü müqəddəs sandıqdır.
Tunellərdə gizli keçidlər və süni qurğular?
Alim öz araşdırmalarını Giza ehramının altındakı "Cənub keçidi" adlanan tunelə əsaslanaraq aparıb. Onun sözlərinə görə, keçidin sonundakı böyük daş blokdan sonra süni qurğular aşkarlanıb və bu, həmin blokun arxasında nəsə gizli bir şeyin olduğuna işarə edir. Vorner bu nəticəyə Misirdə apardığı sahə araşdırmaları və ehramın skan edilməsi əsasında gəldiyini deyib.
Araşdırmasının ilk mərhələsində Vorner üç abrahamik dinin - yəhudilik, xristianlıq və islamın müqəddəs mətnlərini müqayisə edərək, onların bəhs etdiyi coğrafi məkanların - Sina dağı, İsrail dağı, Zeytun dağı, Sion dağı və Quranda adı çəkilən "nur dağı"nın əslində Böyük Giza ehramına istinad etdiyini iddia edib. O, bu nəticəyə qədim Mesopotamiya gil lövhələrindəki yazıları müqəddəs mətnlərlə tutuşduraraq gəlib.
"Dağın üstündəki" xütbə - İsa məhz burada danışıb?
Vornerin daha bir iddiası isə xristian ənənəsində İsanın söylədiyi "Dağüstü xütbə"nin də məhz Giza piramidasının daxilində səsləndirildiyidir.
Hazırda alim piramidanın altındakı Cənub keçidinin sonundakı böyük daşın çıxarılmasını və arxasında nə olduğunu açıq şəkildə göstərməyi təklif edir. Onun sözlərinə görə, Misir tərəfi onun tədqiqat məlumatlarına qarşılıq olaraq həmin sahəni skan etməyə razılıq versə də, Misirin Antik Əsərlər Departamenti vəd etdiyi işi yerinə yetirməyib. Hazırda Vorner bu problemi həll etmək üçün yollar axtarır və hətta Livanın baş nazirinə müraciət edib.
Aydın
Şərhlər