Xizək idmanının əfsanələrindən olan Rosi Mittermayer dünyasını dəyişib.
Qaynarinfo-nun məlumatına görə keçmiş olimpiya çempionu olmuş alman xizəkçisi 72 yaşında vəfat edib. Ailəsindən verilən açıqlamada ağır xəstəlik keçirən Mittermayerin evdə yatarkən dünyasını dəyişib.
Almaniyada tarixin ən yaxşı xizəkçilərindən biri kimi göstərilən Mittermayer ilk dünya çempionatında 1967-ci ildə, cəmi 16 yaşında olarkən iştirak etmişdi.
Alman idmançı ən uğurlu dövrünü 1976-cı ildə keçirib. Həmin il dünya çempionatının qalibi olan alman xizəkçi, bununla yanaşı Avstriyanın İnnsbruq şəhərində təşkil edilən Qış Olimpiya Oyunlarında qadınlar arasında eniş və slalom kateqoriyalarında qızıl medal qazanmışdı.
Səbuhi Həsənov
Şərhlər