Xəbər lenti

Qaxda dağlıq ərazidə torpaq sürüşməsi olub
Ölkə 15:21 06.04.2025

Qaxda dağlıq ərazidə torpaq sürüşməsi olub

Torpaq qatı "Mamırlı” şəlaləsinə gedən yola tökülüb.

"Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Ləkit kəndində, "Mamırlı" şəlalə ərazisində baş verib.

Belə ki, Ləkit kəndindən 800 metr aralıda yerləşən dağdan gələn torpaq qatı Ləkit çayına tökülüb və şəlaləyə gedən yolu bağlayıb. Nəticədə çaya tökülmüş torpaq çayda balaca göl yaradıb. Bundan başqa, hadisə nəticəsində Ləkit kəndinə gələn içməli su boruları da zədələnib.

Ərazi üzrə bələdiyyə sədrinin müavini Abdulla Kazımov "Report"un yerli bürosuna bildirib ki, əvvəllər də həmin ərazidə torpaq sürüşmələri qeydə alınıb:

"Bu dəfə baş vermiş torpaq sürüşməsi daha iri həcmli idi. Əraziyə dərhal texnika cəlb olunaraq yol açıldı, çayda torpaq qatı təmizlənərək suyun maneəsiz hərəkəti təmin olundu. Zədələnmiş su xətləri isə bərpa olunaraq kəndin içməli su problemi də öz həllini tapdı. Qeyd edim ki, həmin ərazi təbiət abidəsi olan "Mamırlı” şəlaləyə gedən ərazidir. Şəlalə ərazisində bu vaxtlar hərəkət az olsa da, yay fəslində xeyli turist olur”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->