Xəbər lenti

Rusiyanın 300 min dollardan baha olan ən elit PUA-sı vuruldu (VİDEO)
Dünya 14:35 08.04.2025

Rusiyanın 300 min dollardan baha olan ən elit PUA-sı vuruldu (VİDEO)

Ukrayna Silahlı Qüvvələri Liman istiqamətində Rusiyaya məxsus ən bahalı kəşfiyyat pilotsuz uçuş aparatını – "Merlin-VR”i məhv edib. Onun dəyəri 300 min dollardan çoxdur.

Qaynarinfo xəbər verir ki, bu barədə OSUV "Xortıtsya” Teleqram kanalı məlumat yayıb.

 "Düşmənin qanadlarını qoparmaq üçün zenitçilərlə artilleriya briqadasının döyüşçüləri birlikdə hərəkət ediblər”, - xəbərdə deyilir.

Bahalı Rusiya kəşfiyyat PUA-sını 63-cü mexanikiləşdirilmiş briqadanın hərbçiləri məhv ediblər.

Artilleriyaçılar "ovu” mexanikiləşdirilmiş briqadanın əsgərlərindən əvvəl ələ keçirsələr də, piyada bölməsinin dronu nadir görüntülər əldə edib – hədəfin bir neçə kilometr yüksəklikdə vurulma anı qeydə alınıb.

"Merlin-VR” 300 min dollardan baha başa gəlir. Bu rus PUA-sı 5 kilometr hündürlüyə qalxa, 10 saat havada qalaraq 600 kilometr məsafə qət edə bilir. 

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->