Xəbər lenti

Mart ayında Azərbaycan vətəndaşları Türkiyədə nə qədər mənzil alıblar?
Ölkə 23:21 16.04.2025

Mart ayında Azərbaycan vətəndaşları Türkiyədə nə qədər mənzil alıblar?

2025-ci ilin mart ayında Azərbaycan vətəndaşları Türkiyədə 66 mənzil alıblar.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Statistika Komitəsi yayıb.

Həmin dövrdə Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olublar - onlar 275 mənzil əldə ediblər. Siyahının ikinci pilləsində İran (153 mənzil), üçüncü pilləsində isə Ukrayna (124 mənzil) vətəndaşları yer alıblar.

Azərbaycan vətəndaşları bu göstərici üzrə altıncı yerdə qərarlaşıblar.

Ümumilikdə, 2025-ci ilin mart ayında Türkiyədə xarici vətəndaşlara 1 574 mənzil satılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->