Xəbər lenti

Renat Dadaşovun yeni klubu müəyyənləşdi
İdman 14:59 15.07.2025

Renat Dadaşovun yeni klubu müəyyənləşdi

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, futbolçu Polşanın "Motor" komandası ilə anlaşıb.

26 yaşlı ön xətt oyunçusu ilə sonradan uzatmaq şərtilə1 illik müqavilə imzalanıb. Futbolçu Lyublin təmsilçisinin rəsmi saytına açıqlamasında yeni mövsümün başlamasını səbirsizliklə gözlədiyini deyib:

"Motor"a qoşulduğum üçün çox şadam. Yeni mövsümün startını səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, bizim üçün çox uğurlu olacaq. Bazar günü baş tutacaq matçı səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, R.Dadaşov son mövsümü Polşanın digər klubu "Radomyak"da keçirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->