Xəbər lenti

Renat Dadaşov millidən niyə kənarlaşdırılıb?
İdman 13:52 15.10.2025

Renat Dadaşov millidən niyə kənarlaşdırılıb?

Xəbər verdiyimiz kimi, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Ukrayna ilə oyundan öncə komandadan göndərilib. 

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, buna səbəb onun millinin düşərgəsinə gec gəlməsi olub. 

Belə ki, Azərbaycan yığma komandası Bakıda təlim-məşq toplanışına başlayarkən Renat Dadaşov düşərgəyə iki gün gec qoşulub. Baş məşqçi Ayxan Abbasov gec gəldiyinə görə ona xəbərdarlıq edib. Yaxşı hazırlıq keçməyən Renatı Ukrayna ilə oyun üçün "23-lüy”ə daxil etməyərək heyətdən kənarlaşdırıb. 

Dadaşov isə millinin matçını da izləməyərək klubu "Motor”un düşərgəsinə yollanıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->