Sabah Azərbaycan Kinematoqrafçılar İttifaqının növbəti qurultayı keçiriləcək. Yayılan məlumatlara görə, qurultayda ittifaqın sədr postu uğrunda iki nəfər - Xalq artisti Şəfiqə Məmmədova və ittifaqın katibi Əli İsa Cabbarov mübarizə aparacaq.
Lakin Qaynarinfo-ya daxil olan məlumata görə, qurultayda daha bir namizədin də irəli sürülməsi ehtimal olunur. Belə ki, aktyor, ssenarist və prodüser Azər Aydəmir də sədr postuna namizəd ola bilər.
Məsələ ilə bağlı Azər Aydəmirin mövqeyini öyrəndik. O, Qaynarinfo-ya açıqlamasında namizədliyinin irəli sürülməsindən xəbərsiz olduğunu bildirib:
"Mən ittifaqın üzvüyəm, amma bu barədə məlumatım yoxdur. Əgər kimsə, belə bir təşəbbüsdə bulunubsa, təşəkkür edirəm. Hazırda ittifaqın uzunmüddətli perspektivə malik peşəkar kinematoqrafçılara ehtiyacı var. Ümumilikdə gənc nəslin dəstəklənməsi və onlar üçün şərait yaradılması vacibdir. Kim sədr olacaq, bilmirəm, hər iki namizədə uğurlar arzu edirəm".
Bahar Rüstəmli
Şərhlər