Qurban bayramı dövründə heyvanların kəsim və satışına ciddi şəkildə nəzarət olunacaq.
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin baş məsləhətçisi Günel Hüseynova kəsim məntəqəsinə mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin müddətdə qanunsuz heyvan kəsimi və satışına icazə verilməyəcək:
"Heyvanlar baytarlıq nəzarətindən keçdikdən sonra qanuni kəsim məntəqələrində kəsilməlidir. Daha sonra kəsilmiş heyvanların da baytarlıq ekspertizası həyata keçirilir. Bundan sonra istehlakçılara təqdim olunur".
G.Hüseynova əlavə edib ki, kəsim məntəqlərində sanitar-gigiyenik normalara da nəzarət edilir:
"Bunlara işçilərin ümumi vəziyyəti və tullantıların vaxtında atılması və s. qaydalar daxildir. Əgər qanunsuz satış yaxud hansısa qayda pozuntusu aşkarlanarsa icra hakimiyyətləri və daxili işlər nazirliyinə məlumat veriləcək, müvafiq tədbirlər görüləcək".
Şərhlər