Xəbər lenti

Beysbol taxtası ilə hücum etdi: 2 il azadlıqdan məhrum olundu
Ölkə 17:17 25.05.2026

Beysbol taxtası ilə hücum etdi: 2 il azadlıqdan məhrum olundu

Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, "Beş evlər” adlanan yaşayış massivində baş vermiş hadisə ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

Qaynarinfo xəbər verir ki, 2025-ci il tarixdə saat 19 radələrində Vahid Əliyevin (şərti) idarə etdiyi "Kamaz” markalı avtomobillə hərəkətdə olarkən, arxadan gələn "Mercedes-Benz” markalı avtomobil tərəfindən siqnal verilərək saxlanılıb. Hadisə zamanı tərəflər arasında yaranmış mübahisə daha sonra fiziki qarşıdurmaya çevrilib.

İttihama görə, təqsirləndirilən şəxs Vahid Əliyev avtomobildən düşərək əlindəki beysbol taxtası və dəmir parçası ilə zərərçəkmiş şəxslərə xəsarətlər yetirib. Hadisə nəticəsində bir neçə şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Təqsirləndirilən şəxs isə məhkəmədə özünü təqsirli bilməyib və hadisənin özünü müdafiə məqsədi daşıdığını bildirib. Zərərçəkmiş şəxslər isə ifadələrində əksini qeyd edərək, təqsirləndirilən şəxsin onlara zor tətbiq etdiyini bildiriblər.

Məhkəmənin hökmü ilə Vahid Əliyev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün cəza müddətinə hesablanıb və yekun olaraq 1 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası qalıb.

Məhkəmə həmçinin onun barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirini dəyişdirərək "həbs” qətimkan tədbiri ilə əvəz edib və o, məhkəmə zalında həbs olunub.

Seyid
--> -->