Xəbər lenti

Nazpəri İstanbul səfərindən danışdı:
Foto 13:19 25.05.2026

Nazpəri İstanbul səfərindən danışdı: "Gəzməyə gəlmişdim, amma..."

Xalq artisti Nazpəri Dostəliyeva Türkiyəyə istirahətə yollanıb.

Bu barədə sənətçi Qaynarinfo-ya açıqlamasında məlumat verib.  

Nazpəri Dostəliyeva bildirib ki, bu günlərdə Türkiyənin İstanbul şəhərinə səfər edib:

"Gəzməyə gəlmişdim, amma dedim ki, gəlmişkən bir fotosessiya də etdirim. İstanbulun gözəl məkanlarını seçdik və fotosessiya etdirdik. Fotosessiyanın kliplə heç bir əlaqəsi yoxdur".

Qeyd edək ki, sənətçinin sosial şəbəkədə paylaşdığı yeni fotolar izləyicilərin diqqətini çəkib.

Bahar Rüstəmli
--> -->