Xəbər lenti

Pənah Hüseynin maliyyəsi niyə kəsildi? (SƏBƏB)
Ölkə 11:29 05.05.2025

Pənah Hüseynin maliyyəsi niyə kəsildi? (SƏBƏB)

Azərbaycan Xalq Partiyasına (AXP) dövlət tərəfindən ayrılan maliyyə vəsaiti kəsilib.
 
Bu barədə Qaynarinfo-ya partiyanın sədri Pənah Hüseyn məlumat verib. 

Sədr bunun səbəbini təqdim edilən maliyyə hesabatında müəyyən uyğunsuzluqların olması ilə əsaslandırıldığını bildirib:

"Biz onsuz da həmişə maliyyəsiz olmuşuq. 3-5 ay maliyyə almaqla bir şey dəyişməyib. Ayda hardasa bir neçə yüz manatdan söhbət gedir. Sözün düzü, onun da baş ağrısı faydasından daha çoxdur". 

Bahar Rüstəmli

--> -->