Xəbər lenti

Pənah Hüseyn yenidən AXP sədri olacaq?
Siyasət 12:06 22.10.2025

Pənah Hüseyn yenidən AXP sədri olacaq?

Azərbaycan Xalq Partiyası (AXP) qurultaya hazırlaşır.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Xalq Partiyası (AXP) sədrinin səlahiyyətlərini icra edən Qiyas Sadıqov məlumat verib. Qiyas Sadıqov qurultayın noyabr ayında baş tutacağını bildirib:

"Partiya ilə bağlı bir qisim səlahiyyətlər məndədir.  Pənah bəy partiyaya gəlib-gedir. Noyabr ayının sonunda qurultay olacaq”.

Pənah Hüseyn qurultayda namizədliyini irəli sürəcəkmi sualına Qiyas Sadıqovun cavabı belə oldu: 

"Dəqiq söyləyə bilmirəm, amma elə görsənir. Növbəti sədr partiya üzvü olmalıdır. Partiya üzvü olmayan biri sədr seçilə bilməz”.

Qeyd edək ki, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn bir müdət öncə sədrlikdən istefa verib. Eks sədr səlahiyyətlərinin icrasını Qiyas Sadıqova həvalə etdiyini bəyan edib.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->