Xəbər lenti

Osloda Dilarə Əliyeva ilə
Foto 16:59 05.11.2025

Osloda Dilarə Əliyeva ilə "Bir gülüş günü" adlı görüş keçirildi (FOTO)

Norveçin paytaxtı Oslo şəhərində Oslo Azərbaycan Evinin və Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin təşkilatçılığı ilə  "Deichman Bjorvika" Mədəniyyət Mərkəzində  teleaparıcı və əməkdar artist Dilarə Əliyeva ilə Oslodakı gənclərin "Bir gülüş günü"adlı görüşü keçirilib. 

Görüşdə çıxış edən D.Əliyeva soyuq şimalda belə bir isti görüşün keçirilməsindən çox məmnun olduğunu bildirib. Bu görüşün onun yaradıcılığında da  xoş izlər buraxacağını deyən əməkdar artist gənclərlə bu cür görüşlərin keçirilməsinin vacib olduğunu qeyd edib. Vətəndən uzaqda sənət adamlarımız ilə belə  bir  görüşlərin keçirilməsi çox təqdirəlayiq olduğunu deyən əməkdar artist bu görüşlərin gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında da xüsusi rolu olduğunu qeyd edib.

Sözügedən görüşdə  D.Əliyevanın səsləndirdiyi şairə Sevinc Çılğının "Mən bu qadını tanıyıram..." şeiri və 8 fevral Beynəlxalq Nənələr Gününə həsr edilmiş,D. Əliyevanın rol aldığı "Nənəyə məktub" qısametrajlı filmi göstərilib və iştirakçıların marağına səbəb olub.

Gənclərin  suallarını cavablandıran əməkdar artist  xoş və yumoristik söhbətləri ilə görüşü daha  maraqlı və canlı edib.

Qeyd edək ki Azərbaycandan gəlmiş istedadlı ifaçı Orxan Cəlilovun ifa etdiyi "Azərbaycan"mahnısı da görüşə əlavə rəng qatıb.

Sonda ssenarist və prodüser Fariz Əliyev tərəfindən qələmə alınan "Dilarənin monoloqları"adlı kitab əməkdar artistin imzası ilə görüş iştirakçılarına təqdim edilib və xatirə fotosu çəkilib. 

Qeyd edək ki ,sevilən aktrisamız ilə keçirilən  bu görüş Oslo  gənclərinin  yaddaşında xoş bir xatirə olaraq qalacaqdır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->