Xəbər lenti

Maskın agentliyi Trampa düşmən məmurları müəyyənləşdirmək üçün Al-dan istifadə edir
Dünya 17:59 08.04.2025

Maskın agentliyi Trampa düşmən məmurları müəyyənləşdirmək üçün Al-dan istifadə edir

İlon Maskın Hökumətin Səmərəliliyi İdarəsi (DOGE) süni intellekt (Al) texnologiyasından istifadə edərək, Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) əməkdaşlarının prezident Donald Trampa və onun siyasətlərinə qarşı sədaqətsizlik əlamətlərinə dair yazılarını təhlil edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatlarına görə, "Grok" çatbotunda istifadə olunan texnologiyalar daxili yazışmalara, xüsusən də "Microsoft Teams" proqramında nəzarət etmək üçün istifadə olunur. Kibertəhlükəsizlik üzrə ekspertlər süni intellektin Ağ Ev və ya sahibkar tərəfindən siyasi maraqları inkişaf etdirmək və ya həssas məlumatlara çıxış əldə etmək üçün istifadə oluna biləcəyindən narahatdırlar.

Agentlik vurğulayır ki, DOGE əməkdaşları öz işlərində tez-tez qorunmayan rabitə kanallarından, o cümlədən "Google Sənədlər" və "Signal" messencerindən istifadə edirlər ki, bu da dövlət sirri haqqında qanunvericiliyin tələblərinə zidd ola bilər.

Tramp ABŞ prezidenti vəzifəsinə gəldikdən sonra DOGE dövlət xərclərinin geniş miqyaslı auditinə başlayıb. Maskın sözlərinə görə, departament büdcə xərclərini 2 trilyon dollar azaltmaq niyyətindədir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->