Xəbər lenti

Hövsanda avtobusla toqquşan avtomobil aşdı (VİDEO)
Video 09:06 19.05.2025

Hövsanda avtobusla toqquşan avtomobil aşdı (VİDEO)

Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo xəbər verir ki, BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, "BakuBus"a məxsus sərnişin avtobusu ilə "Toyota" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində "Toyota" markalı avtomobil aşıb. Qəza zamanı avtobusa da ziyan dəyib.

Xəsarət alanlar barədə məlumat yoxdur. 

Görüntüləri təqdim edirik: 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->