Xəbər lenti

Çempion oldu, sərvət qazandı
İdman 11:16 19.05.2025

Çempion oldu, sərvət qazandı

"Qalatasaray" 25-ci dəfə Türkiyə Super Liqasının qalibi olmaqla ölkədə beşinci ulduzu qazanan ilk klub kimi tarixə düşüb.

Qaynarinfo xəbər verir ki, "Cim-Bom" bununla yanaşı, qazandığı mükafatlarla da büdcəsini zənginləşdirib.

25-ci çempionluğunu əldə edən "Qalatasaray" həm formasına beşinci ulduzu əlavə etməklə böyük nüfuz qazanıb, həm də əhəmiyyətli maliyyə gəlirlərinin sahibi olub. Komanda həm Türkiyə Futbol Federasiyası (TFF), həm də UEFA-nın Çempionlar Liqası çərçivəsində əldə etdiyi vəsaitlə gəlirini artıracaq. 

Qeyd edək ki, Super Liqada yayım gəlirlərinin 37 faizi bütün klublar arasında bərabər şəkildə bölüşdürülür, 46 faizlik hissə isə performansa əsasən paylanır. Əvvəlki çempionlar 11 faiz, ilk altılıqda yer alan komandalar isə əlavə 6 faiz pay alır.

Mövsümün əvvəlində digər komandalar kimi 71,7 milyon lirə (təxminən 3,1 milyon AZN) iştirak haqqı alan "Qalatasaray" keçmiş 24 çempionluğuna görə də ümumilikdə 142,8 milyon lirə (təxminən 6,2 milyon AZN) gəlir əldə edəcək. Hazırda liqada 28 qələbə və 5 heç-heçəsi olan "sarı-qırmızılı" komanda bu nəticələrlə qələbələrdən 123,75 milyon lirə (təxminən 5,4 milyon AZN), heç-heçələrdən isə 12,3 milyon lirə (təxminən 538 min AZN olmaqla ümumilikdə 136,125 milyon lirə (təxminən 6 milyon AZN) əlavə qazanc əldə edib. 

Komanda qalan oyunlarda da qalib gəlsə, bu məbləğ 146 milyon lirəyə (təxminən 6,4 milyon AZN) çatacaq. "Qalatasaray" eyni zamanda 71,1 milyon lirə (təxminən 3,1 milyon AZN) çempionluq mükafatını da büdcəsinə əlavə edəcək. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->