Xəbər lenti

Aİ ölkəsi Azərbaycan-Ermənistan sülh prosesində irəliləyişi alqışlayır
Siyasət 10:39 11.05.2026

Aİ ölkəsi Azərbaycan-Ermənistan sülh prosesində irəliləyişi alqışlayır

Litva Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişi, həmçinin nəqliyyat əlaqələrinin bərpası ilə bağlı razılaşmaları alqışlayır. Hazırda əsas məsələ sülh müqaviləsinin vaxtında imzalanması və ratifikasiyasının təmin edilməsidir.

Qaynarinfo xəbər verir ki, bunu Litvanın xarici işlər nazirinin müavini Odra Plepite "Armenpress" agentliyinə müsahibəsində bildirib.

Litva rəsmisi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin ilkin razılaşdırılmasını və nəqliyyat əlaqələrinin bərpası barədə əldə olunan razılaşmaları tarixi hadisə adlandırıb. Onun sözlərinə görə, bu addımlar onilliklərdir davam edən münaqişənin sona çatması istiqamətində böyük irəliləyişdir.

Odra Plepite vurğulayıb ki, davamlı sülh həm Azərbaycan və Ermənistan xalqlarına, həm də bütövlükdə Cənubi Qafqaza böyük fayda verəcək. Bu proses regionda nəqliyyat, ticarət və enerji layihələrinin inkişafına, iqtisadi artıma və Avropa ilə Asiya arasında körpü rolunun güclənməsinə şərait yarada bilər.

Litva tərəfi yanacaq tranziti və mümkün ticarət mübadilələri ilə bağlı müzakirələri əməkdaşlıq üçün müsbət siqnallar kimi qiymətləndirib.

Qeyd edək ki, Litva Avropa İttifaqına üzv ölkədir.

Aydın
--> -->