ABŞ Federal Ehtiyat Sistemi (FED) 2024-cü ilə aid audit olunmuş maliyyə hesabatlarını yayımlayıb.
Qaynarinfo xəbər verir ki, məlumata görə, FED-in fəaliyyət zərəri ötən il 77,6 milyard dollar təşkil edib.
Banka 2023-cü ildə də 114,3 milyard dollarlıq fəaliyyət zərəri açıqlamışdı. Bu dövrdə FED-in zərərinin əvvəlki ilə nisbətən azaldığı diqqət çəkir.
FED sonuncu dəfə 2022-ci ildə mənfəət əldə etmiş və 58,8 milyard dollar gəlir bildirmişdi.
Ötən il bankın faiz xərcləri 226,8 milyard dollara enib. Bu göstərici 2023-cü ildə 281,1 milyard dollar səviyyəsində qeydə alınmışdı.
Eyni zamanda, FED-in faiz gəlirləri də azalıb. 2023-cü ildə 174,5 milyard dollar olan faiz gəlirləri 2024-cü ildə 158,8 milyard dollara düşüb.
FED-in maliyyə nəticələrinə təsir edən əsas amillərdən biri, 2020 və 2021-ci illərdə COVID-19 pandemiyasının iqtisadi təsirlərinə qarşı görülən tədbirlərdən sonra, 2022 və 2023-cü illərdə artan inflyasiyanı nəzarət altına almaq üçün faiz dərəcələrinin yüksəldilməsi olub.
Aydın
Şərhlər